"Dinamo"nun əfsanəvi qolkiperi karyerasını bitirdi

12:34 14 Dekabr 2016

Kiyev “Dinamo”sunun qapıçısı Aleksandr Şovkovski karyerasını bitirib. 


Sportarena.az xəbər verir ki, bu haqda 41 yaşlı qolkiperin özü açıqlama verib:

“Hər şeyin əvvəli olduğu kimi sonu da var. Mənim də 20 ildən artıq davam edə karyeram artıq başa çatdı. Bu illər ərzində “Dinamo”nun formasını geyməkdən məmnunam. Karyeram ərzində qələbələr də, məğlubiyyətlə də olub. Artıq klub və azarkeşlərlə vidalaşmaq zamanıdır”. 


Qeyd edək ki, veteran qapıçı bütün karyerasını “Dinamo”da keçirib. Kiyev klubunun heyətində o, 14 dəfə ölkə çempionatının, 11 dəfə ölkə kubokunun, 6 dəfə ölkə superkubokunun qalibi olub. Ukrayna yığmasında Şovkovski 92 oyun keçirib.


Xəbər xətti