"Atletiko"nun qolkiperi əməliyyat olundu

14:17 14 Dekabr 2016

"Atletiko" klubu ciddi itki ilə üzləşib.
 

Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisinin qolkiperi Yan Oblak zədələnib. Belə ki, La Liqanın 15-ci turunda "Vilyareal"la matçda sol çiynindən zədələnən və oyunu yarımçıq başa vuran qolkiper əməliyyat olunub. Sloveniya millisinin üzvünün 4 ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.


Qeyd edək ki, cari mövsümdə 21 matçda iştirak edən 23 yaşlı əlcək sahibi qapısında 16 qol görüb.


Xəbər xətti