"Yuventus" "Sevilya"nın futbolçusunu transfer edir

14:36 14 Dekabr 2016

"Yuventus" qış transfer dönəmində "Sevilya"nın futbolçusu Stiven N`Zonini transfer etməyə çalışacaq. 


Sportarena.az xəbər verir ki, "qoca sinyora" yanvar ayında futbolçu üçün "Sevilya"ya təklif göndərəcək. İtaliya klubu yarımmüdafiəçini transfer etmək üçün 30 milyon avro ödəməyə hazır olduğunu bildirib. Fransalı futbolçunun İspaniya klubu ilə 2019-cu ilədək müqaviləsi var.

 

Qeyd edək ki, cari mövsüm "Sevilya"nın heyətində 21 oyuna çıxan futbolçu 3 qol vurub.


Xəbər xətti