"Mançester Yunayted"in 2 futbolçusu komandadan ayrılır

17:48 14 Dekabr 2016

"Mançester Yunayted"in yarımmüdafiəçisi Morqan Şnayderlin komandanı tərk edə bilər.


Sportarena.az "The Times" nəşrinə istinadən xəbər verir ki, fransalı futbolçu "Everton"un maraq dairəsindədir. Belə ki, "Everton"un baş məşqçisi Ronald Kuman futbolçunu heyətinə qatmaqda maraqlıdır. 


Komandanın digər futbolçusu Memfis Depay da "Mançester Yunayted"dən ayrılmaq niyyətindədir. O, karyerasını İtaliya və Almaniya klublarında davam etdirmək istəyir. Məlumata görə, futbolçuya "Roma", "Everton" və Rusiyanın "Spartak" klubundan təkliflər var. 


"Mançester Yunayted"in baş məşqçisi JozeMourinyo da futbolçuların komandadan ayrılmasının əleyhinə deyil.


Digər xəbərlər

Xəbər xətti