"Şapekoense"nin ilk oyununa çıxacağı tarix məlum oldu

18:33 14 Dekabr 2016

Futbolçu və məşqçi heyətini təyyarə qəzasında itirən Braziliyanın "Şapekoense" klubu yenidən yaşıl meydanlara qayıdacaq.


Komanda yanvarın 29-da  ölkə çempionatında "İnternasional"la qarşılaşacaq.


Qeyd edək ki, "Şapekoense"nin üzvlərini daşıyan təyyarə Kolumbiyanın Medelin şəhərində qəzaya uğrayıb. Qəza nəticəsində hava gəmisində olan 81 nəfərdən 77-si dünyasını dəyişib.


Digər xəbərlər

Xəbər xətti