Srna "Barselona" ilə razılığa gəldi

21:28 14 Dekabr 2016

"Şaxtyor"un xorvat müdafiəçisi Dario Srna "Barselona" ilə prinsipial razılığa gəlib. 

Sportarena.az xəbər verir ki, bu barədə Mundo Deportivo yazıb.

Məlumata görə, Srna qışda Kataloniya klubuna keçəcək. Onunla 2018-ci ilin yayına qədər müqavilə imzalanacaq. Tərəflər hazırda futbolçunun maaşını razılaşdırır.

Xatırladaq ki, "Şaxtyor"un prezidenti Rinat Axmetov Srnanın hər-hansı bir kluba keçməsinə əngəl olmayacağını və onu havayı buraxacağını bildirmişdi.


Digər xəbərlər

Xəbər xətti