AFFA UEFA-nın ayırdığı vəsaiti "Xəzər Lənkəran"a niyə vermək istəmir?

01:16 15 Dekabr 2016

Xəbər verdiyimiz kimi, UEFA digər Azərbaycan klubları kimi, "Xəzər Lənkəran" üçün də 171,687.68 avro vəsait ayırıb. 


Sportarena.az xəbər verir ki, AFFA həmin məbləği cənub klubuna ödəmək istəmir.


Hər halda bu məsələ ilə bağlı qurumun rəsmi saytının yaydığı məlumatda belə qeyd olunub: “Xəzər Lənkəran” klubunun AFFA, PFL, FIFA və UEFA qarşısında yerinə yetirilməmiş maliyyə öhdəlikləri olduğu üçün UEFA-nın ayırdığı vəsaitdən AFFA-ya və PFL-ə olan borclar əvəzləşdiriləcək, yerdə qalan məbləğin təyinatı üçün AFFA tərəfindən FIFA və UEFA-ya müvafiq müraciət ünvanlanacaq. Hər iki beynəlxalq futbol qurumunun tövsiyələri əsasında qeyd olunan maliyyə vəsaiti ilə bağlı qərar qəbul olunacaq".


Bunun səbəbi isə təbii ki, "Xəzər Lənkəran"ın hazırda komanda olaraq fəaliyyətini dondurmasıdır. Lakin aşağı yaş qrupları üzrə komandaları ilə müxtəlif çempionatlarda təmsil olunan cənub klubu AFFA-nın bu məsələ ilə bağlı yanaşması ilə razılaşmır. Klubun mətbuat xidmətini rəhbəri Hüseyn Cəbrayıloğlunu dediklərinə diqqət yetirək:


"XL rəsmi olaraq bağlanmayıb. Klubun mövcud olmadığı barədə də heç bir elan verilməyib. Sadəcə, əsas komandamız Topaz Premyer Liqasında və Birinci Divizionda çıxışını dayandırıb. Klub öz əməkdaşları ilə fəaliyyətini davam etdirir. Biz hansı bordan söhbət getdiyini bilmirik. Çünki ötən mövsüm teleyayıma görə əldə etməli olduğumuz məbləğ məhz AFFA və PFL-ə olan borcların bağlanmasına getdi. Yerdə nəsə qalıbsa da belə, o, çox cüzi məblğədir. Hətta yerdə qalan borclar bağlandıqdan sonra da pulun qalan hissəsinə görə AFFA-nın niyə FİFA və UEFA-ya müraciət etmək istədiyini anlamırıq. Buna görə AFFA-ya müraciət edəcəyik ki, UEFA-nın ayırdığı məbləğ klubumuza verilsin".(azerisport.com)


Digər xəbərlər

Xəbər xətti