PSJ-nin qol silahı Çin klubuna gedir?

10:26 15 Dekabr 2016

Çinin "Tiyanjin Teda" klubu PSJ-nin futbolçusu Edinson Kavanini transfer etmək niyyətindədir.


Sportarena.az xəbər verir ki, bu barədə "France Football" nəşri məlumat yayıb.


Məlumatda bildirilir ki, Çin klubu futbolçuya illik 20 milyon avroluq təklif göndərib. Komanda futbolçunu heyətinə qatmaq üçün PSJ-yə 50 milyon avro ödəmək niyyətindədir.


Xatırladaq ki, Kavani cari mövsüm Fransa 1-ci liqasında 15 oyuna çıxıb və 16 qolvurub.


Xəbər xətti