Sportarena.az
24 Mart 2017

"Telekom" ilk görüşdə məğlub oldu

12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 14-də Bakının qadınlardan ibarət “Telekom” voleybol komandası Çempionlar Liqası yarışlarının qrup mərhələsində ilk oyununu keçirib.


Sportarena.az xəbər verir ki, Bakı təmsilçisi Trevizo şəhərində İtaliyanın “Konegliano” komandasının qonağı olub.


Belçikalı baş hakim Arturo di Giacomonun idarə etdiyi görüşün ilk hissəsi gərgin idman mübarizəsi şəraitində keçib. Sonda sevinən tərəf İtaliya komandası olub – 31:29.


İkinci setdə “Konegliano” 25:14 hesablı asan qələbə qazanıb. Üçüncü seti də İtaliya klubu öz xeyrinə başa vurub - 25:22.


Beləliklə, görüş “Konegliano”nun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.


“A” qrupunun digər oyunu Polşanın “Ximik” və İtaliyanın “Modena” komandaları arasında keçiriləcək.(azərtac)

Tarix
15.12.16 [12:37]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

Facebook

Sorğu

Azərbaycan Premyer Liqasının qalibi hansı komanda olacaq?
 "Qarabağ"
 "Qəbələ"

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio