"Synergy Baku" dünya reytinqində dördüncü oldu

13:54 15 Dekabr 2016

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı il üçün yekun reytinq siyahısını açıqlayıb.


Sportarena.az xəbər verir ki, Azərbaycanın "Synergy Baku Cycling Project" kontinental velosiped komandası 2016-cı ildə keçirilən yarışlarda əldə etdiyi nəticələrə əsasən, planetin bütün qitələrini təmsil edən 54 ölkənin 176 kontinental klubu arasında 4-cü yerdə qərarlaşıb.


Reytinq sıralanmasında Belçika hamıdan çox - 13 klubla təmsil olunur. 2016-cı ildə beynəlxalq yarışlarda Çin Xalq Respublikasının 11, Yaponiya və ABŞ-ın 10, Danimarka, Almaniya və Hollandiyanın isə 7 kontinental komandası iştirak edib ki, onlardan yalnız Belçikanın 3 klubu reytinq sıralamasında "Synergy Baku"nu qabaqlaya bilib. Yəni, ölkələr üzrə götürəndə, 54 ölkə arasında cəmi bir komandası olan Azərbaycan yalnız Belçikadan geri qalmaqla dünyada 2-ci yerə çıxıb.


Xəbər xətti