Ronaldo üçün yubiley qol - 500 oldu

22:45 15 Dekabr 2016

“Klub Amerika” ilə dünya çempionatının yarımfinal oyunu “Real” Madridin superulduzu Kiştiano Ronaldo üçün əlamətdar olub. Belə ki 90-cı dəqiqədə rəqib qapısından ikinci topu keçirən portuqaliyalı ulduz klub karyerası ərzində 500-cü qolunu vurub.

“Sportinq CP”- 5 qol
“Mançester Yunayted”- 118 qol
“Real” Madrid- 377 qol

Qeyd edək ki, “Qızıl top” mükafatını qazanan Ronaldo, 2016-cı ildə Çempionlar Liqasını və Avropa çempionluğunu qazanıb.


Xəbər xətti