Klubumuz Çempionlar Liqasına qələbə ilə başladı

23:30 15 Dekabr 2016

Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində növbəti oyunlar keçirilib.

 Azərbaycanın turnirdəki ikinci təmsilçisi “Azərreyl” də bu gün mübarizəyə qoşulub.

“Dəmiryolçular” Polşanın “Dabrova Qornitsa” klubu ilə qarşılaşıblar. Görüş Famil Ağayevin yetirmələrinin qələbəsi ilə yekunlaşıb.

“Azərreyl” (Azərbaycan) - “Dabrova Qornitsa” (Polşa) - 3:1 (25:21, 15:25, 25:22, 28:26).


Digər xəbərlər

Xəbər xətti