Messi evlənir

23:51 15 Dekabr 2016

Kataloniyanın  "Sport" nəşrinin verdiyi məlumata görə Lionel Messi və rəfiqəsi Antonella Rokusso evlənmək qərarına gəliblər. Hələlik toyun dəqiq vaxtı bilinmir.

Tyaqo və Mateo adlı iki uşağın valideynləri olan Leo və Antonella doğma Rosarioda toy etmək fikrindədirlər.

Xatırladaq ki, cütlük uşaq ikən məhz həmin şəhərdə tanış olub. 2000-ci ildə Messinin Barselona ilə müqavilə imzalamasından sonra onlar ciddi şəkildə Kataloniya paytaxtında görüşməyə başlayıblar.


Digər xəbərlər

Xəbər xətti