"Qəbələ" 13 oyundan 10-da qalib gəldi

01:11 16 Dekabr 2016

AFFA-nın aşağı yaş qruplarından ibarət komandalar üçün təşkil etdiyi liqalarda növbəti qarşılaşmalar keçirilib.

“Qəbələ” futbol akademiyasının komandaları 13 oyundan 10-da qələbə qazanıb, 1 heç-heçə edib və 2 dəfə uduzub. 

U-19 əvvəl “Sumqayıt”ı 2:0, ardınca “Neftçi” İK İB-i 6:0 hesabı ilə məğlub edib. 

Ev oyununda AZAL-ı sınağa çəkən U-16 8 cavabsız qolla qalib gəlib.

U-15 “İnter”lə səfər matçında qələbə qazanıb – 2:1. 

Paytaxt regionunun Bakı zonasında çıxış edən U-14 və U-13-də növbəti matçlarına çıxıb. “Təhsil” FM-ə 0:1 hesabı ilə uduzan U-14 komanda 12 oyundan 27 xalla 3-cüdür. 

“Neftçi” İK İB-ə 1:0 hesabı ilə qalib gələn U-13-ün aktivində 12 oyundan sonra 23 xal var. 

Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında mübarizə aparan U-12, U-11 və U-10-ların yarışında klub bir neçə komanda ilə təmsil olunub. U-12 Liqasında “Qəbələ” “Şorsu-2” üzərində qələbə qazanıb – 9:0. UGİM Qaxın “Kürmük”ü ilə bərabərə qalıb – 0:0. 

U-11 Liqasında “Qəbələ” “Daşqın”a 4:0, UGİM Qax UGİM-inə 4:1 hesabı ilə qalib gəlib. 

3 komanda ilə təmsil olunduğu U-10 Liqasında “Qəbələ” “Lokomotiv”i 18:0, Gİİ Oğuz UGİM-ini 3:1 hesabı ilə üstələyib. UGİM Yevlax UGİM-inə uduzub – 2:5.


Digər xəbərlər

Xəbər xətti