"Kəpəz" azarkeşlərə səsləndi: Narahat olmayın!

01:31 16 Dekabr 2016

"Kəpəz" klubu azarkeşlərinə rəsmi müraciət edib. 
Bu, Azərbaycan Premyer Liqasının XIV turunun "Qəbələ” ilə ev oyununun yeri dəyişdirilməsi ilə bağlıdır.
Həmin matç üçün bir neçə gün öncə satışa çıxarılmış biletlərin müəyyən qismi artıq azarkeşlər tərəfindən alınıb. ”Kəpəz” əvvəlcədən bilet alan azarkeşləri narahat olmamağa çağırır və bildirir ki, həmin biletlər Azərbaycan Kubokunun 1/4 final mərhələsində "İnter”lə Gəncədəki cavab qarşılaşması üçün keçərli olacaq. Bilet alan hər bir azarkeşdən bunu nəzərə almalarını xahiş olunur.
Qeyd edək ki, "Kəpəz" - "İnter" matçı dekabrın 21-də keçiriləcək.
 


Digər xəbərlər

Xəbər xətti