AÇ-2020-nin daha bir loqosu təqdim edildi

11:33 16 Dekabr 2016

AÇ-2020-nin final mərhələsinin daha bir loqotipi təqdim olunub.
 

Sportarena.az xəbər verir ki, turnirə ev sahibliyi edəcək 13 ölkədən biri olan İspaniyanın Bilbao şəhərində təqdimetmə mərasimi olub.  "San-Mames" stadionu yaxınlığında yerləşən Bilbao bələdiyyəsinin binasında gerçəkləşən tədbirdə UEFA prezidenti Aleksandr Çeferin, UEFA-nın baş katibi Teodor Teodoridis, İspaniya Futbol Federasiyasının prezidenti və digər şəxslər iştirak edib.


Qeyd edək ki, Bilbaoda AÇ-2020-nin qrup mərhələsinin 3, 1/8 finalın 1 oyunu keçiriləcək.


Xəbər xətti