"Qəbələ" ilə matç öncəsi "Kəpəz"ə şad xəbər

14:38 16 Dekabr 2016

Azərbaycan Premyer Liqasının XIV turunda “Qəbələ”yə qarşı səfər oyununda  “Kəpəz” Dario Frederikonun xidmətlərindən yararlana biləcək. 


Sportarena.az xəbər verir ki, futbolçu matçın “18-liy”inə salınacaq.

 
Uzun müddət zədəli olan braziliyalı yarımmüdafiəçi çempionatın VIII turunda AZAL-la Bakıdakı oyunda zədələnərək sıradan çıxmışdı. O vaxtdan müalicə olunan Dario Premyer Liqa və Azərbaycan kuboku uğrunda görüşlərdə oynamayıb. Yalnız ötən həftədən komanda ilə birgə məşqlərə qoşulan Frederiko bu ilin son turu üçün oyuna hazır olub.


Xəbər xətti