"Zenit" braziliyalı futbolçu ilə müqavilə imzaladı

14:55 16 Dekabr 2016

Rusiyanın "Zenit" klubu heyətini yeni futbolçu ilə gücləndirib.


Sportarena.az xəbər verir ki, komanda braziliyalı yarımmüdafiəçi Hernani ilə razılığa gəlib. Braziliyanın "Atletiko Paranaens" klubunda çıxış edən 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.


Xatırladaq ki, futbolçu Braziliya çempionatında "Atletiko Paranaens" forması ilə 24 oyuna çıxıb və 4 qol vurub.


Digər xəbərlər

Xəbər xətti