İbrahimoviç cəzalanmayacaq

15:42 16 Dekabr 2016

İngiltərə Futbol Assosasiyası (FA) "Kristal Pelas" - "Mançester Yunayted" matçında rəqib oyunçuya dirsəklə zərbə endirdiyinə görə Zlatan İbrahimoviçə cəza verməyəcək. 


Sportarena.az xəbər verir ki, İbrahimoviç   Yoan Kabay qarşı kobudluq etmişdi. 3 keçmiş referidən təşkil olunmuş müstəqil komissiya epizodun videotəkrarını izlədikdən sonra Zlatanın qəsdən kobudluq etmədiyi barədə qərar qəbul edib.


Qeyed edək ki, "Kristal Pelas" - "Mançester Yunayted" matçı 1:2 hesabı ilə "qırmızı şeytan"ların xeyrinə başa çatmışdı.


Digər xəbərlər

Xəbər xətti