"Beşiktaş" İspaniya klubunun futbolçusu ilə razılığa gəldi

16:54 16 Dekabr 2016

"Beşiktaş" heyətini yeni futbolçu ilə gücləndirir. 


Sportarena.az xəbər verir ki, komanda "Deportivo"nun futbolçusu Rayan Babeli transfer etməyə hazırlaşır. Məlumata görə, dekabrın 31-dək İspaniya klubu ilə müqaviləsi olan futbolçu yanvarda İstanbula gələcək. Sərbəst agent olduğuna görə ona "Beşiktaş" tərəfindən imza üçün 1 milyon avro ödəniləcək. 

Məlumata görə, futbolçu ilə 2,5 illik müqavilə imzalanacağı gözlənilir. Bu transferin reallaşdığını baş məşqçi Şenol Günəş də təsdiqləyib.


Digər xəbərlər

Xəbər xətti