"Yuventus" "Zenit"in yarımmüdafiəçisini transfer edir

21:32 16 Dekabr 2016

"Zenit"in yarımmüdafiəçisi Aksel Vitsel "Yuventus"a keçməyə yaxındır.


Sportarena.az xəbər verir ki, Belçika millisinin üzvü Turin klubu ilə şəxsi müqaviləni razılaşdırıb və özünə 28 nömrəli formanı seçib.


Məlumata görə, yanvar ayında "Yuventus" onu "Zenit"dən 6 milyon avroya transfer etməyə çalışacaq.


Xatırladaq ki, Vitselin "Zenit"lə olan  müqaviləsi yayda başa çatacaq.


Digər xəbərlər

Xəbər xətti