Millimizin üzvü "fərqləndi", komandası xal itirdi

00:51 17 Dekabr 2016

Almaniya II Bundesliqasında XVII tura start verilib.

Sportarena.az xəbər verir ki, milli komandamızın üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” “Düsseldorf”la üz-üzə gəlib. Görüş qolsuz bərabərliklə yekunlaşıb. Oyuna start heyətində başlayan Nazarov 64 dəqiqə meydanda qalıb. O, 27-ci dəqiqədə “fərqlənməyə” də imkan tapıb. Futbolçumuz sarı vərəqə ilə cəzalandırılıb.
 
Qeyd edək ki, arıdıcl ikinci oyunda heç-heçə edən “Aue” 17 oyundan sonra topladığı 13 xalla 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.


Xəbər xətti