Vuqar Əsgərov Latviyada ilin futbolçusu seçildi

11:31 17 Dekabr 2016

Azərbaycanlı hücumçu Vüqar Əsgərov Latviyada ilin futbolçusu seçilib.


Sportarena.az xəbər verir ki, bu barədə təcrübəli forvard özü məlumat verib. O, klub məşqçiləri, mətbuat və Latviya Futbol Federasiyasının nümayəndələri arasında aparılan sorğuya əsasən mövsümün ən yaxşısı seçilib.


Qeyd edək ki, son mövsümü “Olayne” klubunda keçirən V.Əsgərov 40 qol vurmaqla yanaşı, həm də birinci divizionun simvolik heyətinə düşüb.


Digər xəbərlər

Xəbər xətti