Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək

14:35 17 Dekabr 2016

Dekabrın 21-22-də Şimal DRES qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında “Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş” ağır atletika üzrə beynəlxalq turnir keçiriləcək. Bu, sayca 16-cı belə turnir olacaq və artıq ikinci dəfə beynəlxalq status daşıyacaq.


Sportarena.az xəbər verir ki, yarışın keçirilməsində məqsəd Milli Qəhrəman Fəxrəddin Şahbazovun timsalında vətən uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin əziz tutulması, Şahbazovun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması, yerlərdə ağır atletika idman növünün təbliğ və inkişaf etdirməsi, ən güclü idmançıların aşkar olunması, dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılmasıdır.


Yarışın hazırlanması, təşkili və keçirilməsinə ümumi rəhbərlik Azərbaycan Ağır Atletika Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən həyata keçirilir. Turnirin bilavasitə keçirilməsi təsdiq edilmiş baş hakimlər kollegiyasına həvalə olunur.


Bakı şəhərində və regionlarda fəaliyyət göstərən idman təşkilatlarının idmançılarına turnirdə iştirak etmək hüququ verilir. Bununla yanaşı, növbəti dəfə xarici dövlətlərdən dəvət olunmuş idmançıların bu turnirdə iştirak edə biləcəklər. Yarışda Azərbaycanla yanaşı, daha 12 ölkədən ağırlıqqaldıranların çıxışı gözlənilir.


Digər xəbərlər

Xəbər xətti