Obameyanq 100-cü qolunu vurdu

17:34 17 Dekabr 2016

Dünən Almaniya Bundesliqasının 15-ci turunda "Hoffenhaym"ın qapısına qol vuran "Borussiya"nın futbolçusu Pyer-Emerik Obameyanq üçün bu qol əlamətdar olub. 


Sportarena.az xəbər verir ki, bununla qabonlu futbolçu özünəməxsus rekord müəyyənləşdirib. Belə ki, o, Almaniya çempionatında ardıcıl 2 mövsüm ilk 15 turdan sonra 16 qol vuran yeganə futbolçu statusunu qazanıb. Eyni zamanda həmin qol Obameyanqın bütün turnirlərdə vurduğu 100-cü qoldur. 


Qeyd edək ki, "Hoffenhaym" - "Borussiya" matçı 2:2 hesablı bərabərliklə başa çatıb.


Digər xəbərlər

Xəbər xətti