Orxan Sadıqlı: "Qarabağ" artıq dünya səviyyəli komandadır"

21:38 17 Dekabr 2016

"İnter" Premyer Liqanın 14-cü turunda səfərdə "Qarabağ"la 0:0 hesablı heç-heçə edib.
 

Sportarena.az xəbər verir ki, oyundan sonra paytaxt klubunun qolkiperi Orxan Sadıqlı jurnalistlərin suallarını cavablandırıb:
 

- Bilirdik ki, “Qarabağ”a qarşı oynamaq çətin olur. Xal qazanmaq üçün əlimizdən gələni etdik və bunu bacardıq.
 

- 1 xalı “İnter” üçün yaxşı nəticə etmək olar?
- Bu qarşılşma üçün bəli. “Qarabağ” artıq dünya səviyyəli komandadır. Səfər qarşılaşmasında 1 xal qazanmaq sevindiricidir.

 
- Bu mövsüm “Qarabağ”ın məğlub edə bilmədiyi yeganə komanda “İnter”dir…

- Bizim heyətdə yerli futbolçular üstünlük təşkil edir. Komandamızda əhval-ruhiyyə yüksəkdir. Fikrimcə, buna görə də yaxşı oyun nümayiş etdiririk. Oyunlara çıxanda bütün gücümüzlə mübarizə aparırıq.

 
- Səlahət Ağayevin yoxluğunda çərçivəni sən qorudun və bir neçə epizodda komandanı qoldan xilas etdin…
- İstər Səlahət, istərsə də mənim meydana çıxmağımın fərqi yoxdur. Əsas odur ki, yaxşı oyun sərgiləyək. Biz buradan pul qazanırıq. Qazanılan bu nəticədə tək mənim yox, hər kəsin haqqı var.
 

- 2016-cı ili özün üçün necə qiymətləndirirsən?
- Əvvəli “Xəzər Lənkəran”da başladı, sonu “İnter”də qutarır. İlin öncəsi pis başladı. Çünki “Xəzər Lənkəran” dağıldı. Sonra “İnter”ə gəldim. Şükürlər olsun ki, hər şey qaydasında gedir. Ümid edirəm ki, davamı da yaxşı olar.
 

- Azərbaycan çempionatının səviyyəsinin hazırda necə olduğunu düşünürsən?
- Əvvəlki illərə baxdıqda, çempionatın səviyyəsi indi aşağıdır. Əvvəllər 12-14 komanda olurdusa, indi çempionatda 8 komanda çıxış edir. Fikrimcə, məlum səbəblərə görə bu, belədir. Ümid edirəm ki, gələn mövsüm komandaların sayı artar. Nə qədər çox komanda olsa, bir o qədər yaxşıdır.(sportal.az)


Digər xəbərlər

Xəbər xətti