Azərbaycanlı futbolçu 2 milyon avroluq təklif alıb?

00:51 18 Dekabr 2016

Azərbaycan əsilli futbolçu Aleksandr Səmədovun Moskva "Spartak"ından təklif alması Rusiyada müzakirə mövzusu olaraq qalır. 

Hazırda Moskva "Lokomotiv"ində çıxış edən futbolçu üçün qarşı tərəfin 2 milyon avro ödəməyə hazır olduğu deyilir.

Lakin “Lokomotiv”in prezidenti İlya Qerkus buna inanmır. Onun fikrincə, 2 milyon məsələsi qeyri-ciddidi: "Aleksandr Səmədov üçün 2 milyonluq təklif qeyri-ciddidi. Onun müqaviləsində konkret məbləğ göstərilib - 5 milyon avro. Oyunçu komandadan getmək qərarına gəlibsə, onu heyətinə qatan tərəf lazım olan məbləği ödəməlidi”. 

///Fanat.Az 


Xəbər xətti