Kamran və Emin autsayderə qarşı

11:57 18 Dekabr 2016

Milli komandamızın üzvləri Kamran Ağayev və Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta" bu gün Portuqaliya çempionatında növbəti matçına çıxacaq.


Sportarena.az xəbər verir ki, Portu təmsilçisi səfərdə autsayder "Tondela"nın qonağı olacaq.


Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 


Bu matçda Ağayevin start heyətində, Mahmudovun isə ilk dəqiqələrdən ehtiyat oyunçular skamiyasında oturacağı gözlənilir.


Xatırladaq ki, 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Elnur Cəfərov bir neçə ay öncə "Tondela" klubu ilə müqavilə imzalasa da, sonradan heyətdən kənarlaşdırılmışdı.


Digər xəbərlər

Xəbər xətti