"Qarabağ" Reynaldonu göndərir

13:30 18 Dekabr 2016

Reynaldo "Qarabağ"dan göndərilə bilər.


Sportarena.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov braziliyalı forvardın çıxışından narazıdı. Məhz buna görə də, "Qarabağ" yeni hücumçu axtarışına çıxıb.


"Qarabağ" Reynaldonu ən pis halda icarəyə verməyi düşünür. Əgər "köhlən atlar" qışda istədiyi hücumçunu tapsa o zaman Reynaldonu başqa komandada görə bilərik.


Qeyd edək ki, hücumçunun "Qarabağ"la 2018-ci ilə kimi müqaviləsi var. (idmanxeber)


Digər xəbərlər

Xəbər xətti