Şahin Diniyev: "Heç kim müdafiədə oturmadı"

14:34 18 Dekabr 2016

“Qış havası ilə yanaşı, həm də yaxşı futbol havası idi. Elə meydanda da maraqlı oyun oldu. Hər iki komanda bir-birinə layiq futbol göstərdi. Qarşılıqlı hücumlar şəraitində keçən matç oldu, heç kim müdafiədə oturmadı. Sadəcə, ikinci qolda mövqe səhvi buraxmağımız bizi xaldan etdi".


Sportarena.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev Topaz Premyer  Liqanın 14-cü turunda "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.

"Rəqibə uğurlar arzu edirəm, öz komandamın da oyunundan razıyam. İlk 12-15 dəqiqəni saymasaq, qalan vaxtda komanda öz oyununu göstərə bildi. İlin son oyunu kubok matçı olacaq. Bu görüşə ciddi hazırlaşacağıq, asan qarşılaşma olmayacaq" - deyə o bildirib.


Xəbər xətti