Aleksandr Çeferin: "UEFA videotəkrardan yararlanmaq fikrində deyil"

18:52 18 Dekabr 2016

UEFA prezidenti Aleksandr Çeferin Yaponiyada keçirilən Klublarası dünya çempionatında videotəkrardan istifadə olunmasına münasibət bildirib. 


Sportarena.az xəbər verir ki, sloveniyalı funksioner rəhbərlik etdiyi qurumun sözegedən yenilikdən yararlanmaq fikrində olmadığını qeyd edib: 

“UEFA və mənim üçün bu yenilik sadəcə eksperimentdir. Videotəkrarla bağlı hələ ki vəziyyət tam aydın deyil. Gələcəkdə nələrin olacağını birlikdə görəcəyik. Amma hazırda hər şey aydındır. Biz videotəkrardan yararlanmaq fikrində deyilik”.


Digər xəbərlər

Xəbər xətti