Millimizin futbolçusu "Benfika"ya qarşı oynadı

22:44 18 Dekabr 2016

Portuqaliya ikinci liqasında 19-cu tura start verilib.
21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Budaq Nəsirovun çıxış etdiyi “Sportinq”in B komandası səfərdə "Benfika"nın B komandası ilə qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.
B.Nəsirov sözügedən qarşılaşmada 64-cü dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, "Sportinq"in B komandası ikinci liqada 25 xalla 9-cu pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti