Kamranla Emin oynadı, "Boavişta" 1 xal qazandı - VİDEO

10:10 19 Dekabr 2016

=Millimizin futbolçuları Kamran Ağayevlə Emin Mahmudovun formasını geyindiyi "Boavişta" klubu Portuqaliya Premyer Liqasında növbəti oyununa çıxıb.
 
Sportarena.az xəbər Portu təmsilçisi XIII tur çərçivəsində doğma azarkeşləri önündə "Gimaraynş"ı qəbul edib 
Qarşılaşma qonaq komandanın qələbəsi ilə başa çatıb - 1:2. Sözügedən matçda millimizin hər iki futbolçusu şans qazanıb. Ağayev maçta start "11-lik"də çıxıbsa, Mahmudov  70-ci dəqiqədə Karassanın əvəzinə meydana daxil olub və sonadək oynayıb.
 
Qeyd edək ki, Premyer Liqada geridə qalan 13 tur ərzində 13 xal toplayan "Boavişta" turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.​


Xəbər xətti