UEFA Əliyar Ağayevi 2016-cı ilin ən yaxşı hakimi etdi

11:12 19 Dekabr 2016

UEFA-da Hakimlər işinin təhlil xidməti Avropada 2016-cı ilin ən yaxşı hakimlərini seçib.


Sportarena.az xəbər verir ki,  siyahının ilk pilləsində Mark Klattenburq (İngiltərə, 110 xal) yer alıb. Szumon Marçiniak (Polşa, 86 xal) ikinci, Damir Skomina (Sloveniya, 70 xal) üçüncü olub.


Bu ildən etibarən hakimlərlə bağlı yeni mükafat da təsis olunub. 2016-cı il ərzində ən böyük inkişafa nail olan avropalı referiyə verilən “İlin parlayan ulduz hakimi” adına Azərbaycan hakimi Əliyar Ağayev layiq görülüb.


İlin ən yaxşı 10 hakimi isə aşağıda adları qeyd olunanlardır:

1. Mark Klattenburq (İngiltərə) - 110 xal
2. Szumon Marçiniak (Polşa) - 86 xal
3. Damir Skomina (Sloveniya) - 70 xal
4. Nikola Ritsoli (İtaiya) - 68 xal
5. Viktor Kassai (Macarıstan) - 64 xal
6. Milora Mazim (Serbiya) - 46 xal
7. Cüneyt Çakır (Türkiyə) - 43 xal
8. Feliks Brix (Almaniya) - 38 xal
9. Byörn Kuypers (Hollandiya) - 29 xal
10. Yonas Eriksson (İsveç) - 19 xal

 

Avropanın “Parlayan ulduz hakim” mükafatı:

Əliyar Ağayev (Azərbaycan)


Digər xəbərlər

Xəbər xətti