Qurban Qurbanov 300-ə, İlqar Qurbanov isə 100-ə çatdı

13:53 19 Dekabr 2016

“Qarabağ”ın “İnter”lə qarşılaşması iki yubileylə əlamətdar olub. 


Sportarena.az xəbər verir ki, əyalət klubunun baş məşqçisi Qurban Qurbanov Premyer Liqada, futbolçusu İlqar Qurbanov “ağ-göylər”in heyətində çempionatda yubiley matçını keçirib. Sonuncu klubunun heyətində 100-cü dəfə meydana çıxıb. 2010/11 mövsümündən Ağdam klubunda çıxış edən cinah oyunçusu 7 mövsümdə keçirdiyi 100 qarşılaşmada 6 qol vurub. “Qarabağ”ın baş məşqçisi isə 272-si “Qarabağ”, 28-i “Neftçi”də olmaqla 300-cü dəfə Premyer Liqada meydana komanda çıxarıb. 172 qələbə və 54 məğlubiyyətə şahid olan 44 yaşlı mütəxəssis 74-cü heç-heçəni izləyib. Bu oyunlarda onun yetirmələri 452 qol vurub və 216-nı buraxıb.


Xəbər xətti