İlin ən yaxşı bombardiri - Messi

15:22 19 Dekabr 2016

İspaniya La Liqasının 16-cı turunda "Espanyol"la oyunda (4:1) qol vuran "Barselona"nın futbolçusu Lionel Messi ilin ən yaxşı bombardiri olub.


Sportarena.az xəbər verir ki, 90-cı dəqiqədə komandasının 4-cü qolunu vuran argentinalı cari ildə 51-ci dəfə rəqibləri məyus edib. Beləliklə də Messi "Top-5" liqalarında çıxış edən futbolçular arasında bütün turnirlərdə vurulan qollara görə birinci olub.


"Barselona"nın digər üzvü Luis Suares isə 2016-cı ildə İspaniya La Liqasının ən məhsuldar futbolçusu olub. Uruqvaylı hücumçu çempionatda 48 dəfə fərqlənib.


Xəbər xətti