"Qəbələ" Rəhman Hacıyevdən imtina etdi

21:06 19 Dekabr 2016

"Neftçi”nin yarımmüdafiəçisi Rəhman Hacıyevi heyətinə qatmaq istəyən “Qəbələ” geri addım atıb. Buna səbəb futbolçunun transfer üçün istədiyi məbləğdir.


Sportarena.az xəbər verir ki, “Neftçi”də ayına 12 min manat maaş alan futbolçu (bu məbləğ “Neftçi”nin son turda uduzduğu AZAL-ın aylıq büdcəsidi – red.) “Qəbələ”dən bunun iki qatını istəyib. Belədə “qırmızı-qaralar” Bakı klubu ilə anlaşması yayda bitəcək oyunçunu transfer etmək fikrindən daşınıb. Yeni oyunçu axtarışını davam etdirən “Qəbələ” isə həm də heyətini təmizləməklə məşğuldu. Ölkə kubokunun 1/4 final mərhələsinin birisigün baş tutacaq cavab oyunundan sonra bəzi futbolçularla yollar ayrılacaq. Baş məşqçi Roman Qriqorçuk legionerlərdən yalnız Petar Franyiçi sərəncamında görmək istəmir. Amma xorvat yarımmüdafiəçi ilə müqavilə bitmədiyindən onu yola salmaq üçün qarşılıqlı anlaşma əldə etmək lazım olacaq. (Futbolinfo.az)


Digər xəbərlər

Xəbər xətti