Millimiz Gürcüstana qalib gəldi

22:19 19 Dekabr 2016

Tbilisi şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Gürcüstanın müvafiq yaş qrupuna aid komandası ilə yoldaşlıq oyunu keçirib.

Sportarena.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə,  qarşılaşma 1:0 hesabı ilə yığmamızın xeyrinə yekunlaşıb. Qolu Rəvan Məmmədov vurub.

Qeyd edək ki, komandamız bir neçə gün əvvəl bu rəqibinə 2:3 hesabı ilə uduzmuşdu.


Digər xəbərlər

Xəbər xətti