Riçard Almeyda millimizdə oynayacaq? - AÇIQLAMA

00:09 20 Dekabr 2016

“Cənab Prosineçki məni millidə görmək istədiyin deyibsə, bu mənim üçün ancaq sevindirici, qürurverici bir xəbər olar. Daha əvvəllər də demişəm, Azərbaycan millisində oynamaq variantı reallaşarsa, məmnuniyyətlə, o formanı geyinərəm”.

Sportarena.az xəbər verir ki, bu sözləri fanat.az-a açıqlamasında hazırda Braziliyada olan Riçard Almeyda deyib. “Qarabağ” - “Qəbələ” oyununda qımızı vərəqə alan və 4 çempionat oyununu kənardan izləyəcəyi üçün ölkəsinə vaxtından tez yollanan Riçard daha sonra əlavə edib:

“Demək olar ki, 5 ildi Azərbaycanda yaşayıram, “Qarabağ”da oynayıram. “Qarabağ”ın Azərbaycan üçün nə demək olduğunu da başa düşürəm. Bu mənada Azərbaycan millisində oynamaq mənim üçün yad ölkənin yığmasında top qovmaq sayılmaz”.

Robert Prosineçkinin “gözaltı” etdiyi “sambaçı” hüquqi məsələlərin də həllini tapmalı olduğuna toxunub: 

“Azərbaycanı və insanlarını sevirəm. Belə bir şans olsa, yığmaya çağırılsam, bütün hüquqi məsələlər öz həllini tapsa, böyük məmnuniyyətlə dəvəti qəbul edərəm”.

Xatırladaq ki, xorvat mütəxəssis ağdamlıların ən vacib oyunçularından sayılan Almeydanın milliyə fayda verə biləcək səviyyədə futbolçu olduğunu və onun “milliləşdirilməsini” uyğun saydığını deyib.


Digər xəbərlər

Xəbər xətti