Xames Rodrigez yanvar ayının ən bahalı transferi ola bilər

23:50 19 Dekabr 2016

Klublararası Dünya Çempionatı başa çatdıqdan sonra “Real” Madridin yarımmüdafiəçisi Xames Rodrigez jurnalistlərə verdiyi açıqlamasında qış transfer dönəmində klubu tərk edə biləcəyini bildirib. Futbolçu ilə “Çelsi” və “Mançester Yunayted” klubları yaxından maraqlanır. Futbolçunun transferi 60 milyon avroya başa gələ bilər. Daha bir maraqlı transfer təklifi isə Çindən gəlib. “Tszyansu Suning” klubunun kolumbiyalı üçün 85 milyon avro ödəməyə hazır olduqları xəbəri verilir.


Digər xəbərlər

Xəbər xətti