Tevez karyerasını Çində davam etdirəcək

12:14 20 Dekabr 2016

Futbol üzrə Argentina millisinin sabiq üzvü Karlos Tevez "Boka Xuniors"da son oyununu keçirib.


Sportarena.az xəbər verir ki, 32 yaşlı hücumçu karyerasını Çində davam etdirəcək. Məlumata görə, o, Çinin "Şanxay Şenua" klubu ilə  razılığa gəlib və yaxın günlərdə 2 illik müqavilə imzalanacağı gözlənilir.


Xatırladaq ki, bu yaxınlarda İspaniya mətbuatı Çin klublarından birinin argentinalı hücumçuya illik 40 milyon avro qazanacağı müqavilə təklif etdiyini yazmışdı.


Digər xəbərlər

Xəbər xətti