Abdulbari Gözəl: "Azərbaycanda birinci olmaq əvvəllər çox önəmli idi"

12:39 20 Dekabr 2016

"Qarabağ" klubunun prezidenti Abdulbari Gözəl komandanın Avropa Liqasının qrup mərhələsindəki çıxışını dəyərləndirib.
 

Sportarena.az xəbər verir ki, türkiyəli iş adamı qrupdan çıxmağın əsas hədəf olduğunu bildirib:
 
"Çox yaxşı nəticələrlə irəl getmişdik. Amma futbolda nəticələr yuvarlaqdır. Hərdən problemlər ortaya çıxır. Bu il hədəfimiz qrup mərhələsini adlamaqdan ibarət idi. Buna da yaxın idik. Amma bir-iki dəfə şanssızlıq oldu. "Slovan"la görüş komandanın tarazlığını pozdu. Səfərdəki 0:3 hesablı məğlubiyyət bizi çox narahat etdi. Çatışmazlıqları baş məşqçimiz Qurban Qurbanov görür. Biz də ona dedik ki, bunları aradan qaldır və fikirləş ki, Azərbaycanı o mərhələyə çıxarmaq üçün nə edəcəksən". 
 

Abdulbari Gözəl eyni hədəfə növbəti mövsümdə çatmalarının vacibliyini dilə gətirib:
 
"Növbəti mövsümdə də Azərbaycanın incisi olacağıq. Azərbaycanda birinci olmaq əvvəllər çox önəmli idi. İndi isə gedib Avropada bir iş görmək lazımdır. Düzdür, "Qəbələ", "Zirə" kimi rəqabət yaradan klublarımız var. Klublar güclü olsa, futbolçular daim gücə alışarlar. Güclü klub meydanda tək qalsa, zəifləyə bilər. Çünki zəiflər arasında elə biləcək ki, hamıdan güclüdür. Hədəfimiz Azərbaycanı qrupdan çıxarmaqdır, bunu gözləyirik".


Xəbər xətti