"Qarabağ"ın legionerləri getdi

14:11 20 Dekabr 2016

Azərbaycan kubokunun 1/4 finalının cavab oyununda "Sumqayıt"la qarşılaşacaq "Qarabağ" bu görüşə yalnız yerli futbolçularla çıxacaq. 


Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisinin legionerləri vətəninə yollanıb. Təkcə bosniyalı qapıçı İbrahim Şehiç komandanın düşərgəsindədir. 


İlk oyunda "Sumqayıt"a 6:0 hesabı ilə qalib gələn "Qarabağ"ın cavab matçında əsasən meydana az çıxan futbolçulardan istifadə edəcəyi gözlənilir. Bu səbəbdən legiorenlər vaxtından əvvəl komandanı tərk edib.(qol.az)


Digər xəbərlər

Xəbər xətti