Ronaldo FİFA-nın versiyasına görə ilin futbolçusu olacaq!

16:18 20 Dekabr 2016

Portuqaliya millisinin və "Real"ın hücumçusu Kriştiano Ronaldo FİFA-nın versiyasına görə təqdim olunan "Qızıl top"un da qalibi olacaq.


Sportarena.az xəbər verir ki, bu barədə İspaniyanın "Mundo Deportivo" nəşri məlumat yayıb.


Məlumata görə, "Qızıl top"a Ronaldodan əlavə "Barselona"nın hücumçusu Lionel Messi və "Atletiko"nun futbolçusu Antuan Qrizmann da əsas namizədlərdəndir. Lakin Ronaldo digər rəqiblərini üstəyələrək qalib olacaq. 


"Qızıl top"un təqdimat mərasimi yanvar ayının 9-da, Sürix şəhərində keçiriləcək. Bu, Ronaldonun FİFA tərəfindən ikinci "Qızıl top" mükafatı olacaq. Belə ki, o, 2008-ci ildə FİFA-nın versiyasına görə bu mükafatın qalibi olmuşdu. 


Xatırladaq ki, bu ildən etibarən FİFA və "France Football" bu mükafatı özləri təqdim edir. 


Xəbər xətti