"Şəmkir" yarımmüdafiəçi transfer etdi

16:34 20 Dekabr 2016

Premyer Liqaya yüksəlməyə iddialı olan "Şəmkir" klubu heyətini daha bir futbolçu ilə gücləndirib.


Sportarena.az xəbər verir ki, komanda "Zirə"nin futbolçusu İsa Cəbiyevi heyətinə qatıb. "Bakı" futbol klubunun yetirməsi olan futbolçu artıq "Şəmkir" klubunun uğurları üçün çalışacaq. 


Xatırladaq ki, bu, "Şəmkir"in 3-cü transferidir. Komanda daha öncə "Şərurspor"un hücumçusu Fərmayıl Əliyev və "Turan Tovuz"da çıxış edən Vusal Qarayevlə müqavilə imzalamışdı.


Xəbər xətti