"Qəbələ" Bezotosnı ilə müqaviləni yenilədi

17:23 20 Dekabr 2016

"Qəbələ" Dmitri Bezotosnı ilə müqavilənin müddətini yeniləyib.


Sportarena.az xəbər verir ki, təcrübəli qolkiper daha 6 ay "qırmızı-qaralar"ın şərəfini qoruyacaq.


2015-ci ilin yanvarında "Qəbələ"yə transfer olunan Bezotosnı karyerası boyunca "Tovtrı" (2000), "Dnepr-3" (2001), "Saturn-REN TV" (2002-2004), "Metallurq-2" (Zaparojye, 2004-2007), "Metallurq" (Zaparojye, 2007-2011) və "Çenomorets" (2011-2014) klublarında əlcək geyinib. Əsasən Ukrayna klublarının şərəfini qoruyan qapıçı yalnız 2002-2004-cü illəri vətəndən kənarda - Rusiyada keçirib. (Futbol11.az)


Digər xəbərlər

Xəbər xətti