Sportarena.az
23 Sentyabr 2017

Azərbaycan kuboku: yarımfinalçılar müəyyənləşdi - YENİLƏNİB

12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.


Sportarena.az xəbər verir ki, bu gün keçiriləcək qarşılaşmalarda yarımfinalçıların adına aydınlıq gələcək.


Günün ilk oyunu Gəncədə keçiriləcək. Burada Gəncənin "Kəpəz" komandası "İnter"i qəbul edəcək. İlk oyunda rəqibinə 2:0 hesabı ilə qalib gələn "bankirlər"ə bu matçda istənilən heç-heçə kifayət edəcək. Lakin Gəncə təmsilçisi də asan təslim olmaq niyyətində deyil. Doğma azarkeşlər önündə oynayan "Kəpəz" bu matçda maksimum qollar vurub mərhələ adlamağa çaışacaq.


Günün növbəti oyunu Sumqayıtda keçiriləcək. Burada isə Sumqayıtın eyniadlı komandası "Qarabağ"ı qəbul edəcək. İlk oyunda rəqibinə 6:0 hesabı ilə qalib gələn Ağdam klubu üçün bu matç formal xarakter daşıyır. Bu səbəbdən də komandanın baş məşqçisi Qurban Qurbanov əsasən yerli oyunçulara üstünlük verəcək. 


Günün maraqla gözlənilən görşlərindən biri də AZAL - "Qəbələ" oyunudur. İlk oyunda Qəbələdə rəqibinə ciddi müqavimət göstərən "təyyarəçilər" bu gün də növbəti  mərhələ iddiasını qoruyur. 


Mərhələnin və günün son oyununda isə "Neftçi" "Zirə"ni qəbul edəcək. İlk oyunda "Neftçi"yə 3:0 hesabı ilə mağlub olmasın baxmayaraq, cavab görüşündə rəqibinə 4 qol vuracaqlarını iddia edən Adil Şükürov bu gün növbəti mərhələyə yüksəlmək üçün var gücü ilə komandasını vuruşdurmalıdır. Premyer Liqada heç də uğuru çıxış etməyən "Neftçi" isə bu gün maksimum müdafiə olunub, əks-hücumlara bel bağlayaraq, növbəti mərhələyə vəsiqəni qazanmağa çalışacaq.

 

Azərbaycan Kuboku 
1/4 final mərhələsinin cavab qarşılaşmaları
21 dekabr (çərşənbə)

 
13:00. “Kəpəz” – “İnter”  0:0
Hakimlər:
Rəhim Həsənov, Vaqif Musayev, Akif Əmirəli, Vüsal Qənbərov 
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Rövşən Əhmədov
Gəncə şəhər stadionu
 
15:00. “Sumqayıt” – “Qarabağ”  2:5

QOL: Namiq Ələsgərov, 8 (0:1); 16 (1:2), 82 (2:4);  Amil Yunanov, 14 (1:1), 80 (2:3); Vüqar Nadirov 70 (1:3); Rahid Əmirquliyev 89 (2:5)
Hakimlər:
Rauf Cabbarov, Coşqun Həsənov, Cavanşir Yusifov, Rövşən Rəcəbov 
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Füzuli Nəcəfov
Sumqayıt şəhər stadionu
 
16:00. AZAL – “Qəbələ”  0:1

QOL: Asif Məmmədov 53 (0:1);
Hakimlər:
Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Mehman Mahmudov
Əlavə köməkçi hakimlər: Rəvan Həmzəzadə, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov
“AZAL Arena”
 
17:00. “Neftçi” – “Zirə”  1:2

Qol: Milan Duriç, 32 (0:1); Rahil Məmmədov, 43 (1:1); Tural Cəlilov 85 (1:2)
Hakimlər:
Ramil Diniyev, Azər Əsgərov, İsgəndər Əliyev, Ziya Nəsirov 
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Asim Xudiyev
8-ci km qəsəbə stadionu

Tarix
21.12.16 [18:54]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

23 Sentyabr
22 Sentyabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio