Samir Məsimov Qazaxıstan klubunda

13:19 21 Dekabr 2016

"Neftçi"nin keçmiş futbolçusu Samir Məsimovun Sloveniyanın "Domjale" klubundan ayrıldığını və Qazaxıstanın "Okjetpes" klubu ilə razılığa gəldiyi haqda məlumatı diqqətinizə çatdırmışdıq.


Sportarena.az xəbər verir ki, “Domjale”də əsas heyətə düşməyən Məsimov "Okjetpes" klubu ilə münasibətlərini rəsmiləşdirib.


Samir hətta Türkiyədə toplanışında olan "Okjetpes"in heyətində yoxlama matçlarına da çıxıb. O, "Kunduspor" (Türkiyə) və "Kaysar"la (Qazaxıstan) matçlarda iştirak edib. O, yoxlama oyunlarında qol vurmağa da müvəffəq olub.
 

Kokşetau şəhərini təmsil edən "Okjetpes"də “Neftçi”nin daha bir keçmiş üzvü - Saşa Stamenkoviç də forma geyinir.


Digər xəbərlər

Xəbər xətti