İrandan Türkiyə qadağası

13:44 21 Dekabr 2016

İranın İdman Nazirliyi Türkiyədə baş verən olaylardan sonra federasiyalara bu ölkəyə getməyi qadağan edib.


Sportarena.az xəbər verir ki, qurum bununla bağlı federasiya rəhbərliklərinə rəsmi təlimat verilib.
 
Nazirl
ik ikinci xəbərdarlığa qədər idmançıların və futbol klublarının Türkiyəyə getməsini istəmir.


Xatırladaq ki, Türkiyədə son vaxtlar baş verən terror aktlarına görə Almaniya klubları da gələn ay Antalya şəhərində keçirməyi nəzərdə tutduqları təlim-məşq toplanışını ləğv ediblər.


Xəbər xətti