Ceymi Vardi cəzalandırıldı

14:11 21 Dekabr 2016

“Lester”in və İngiltərə millisinin üzvü Ceymi Vardi ağır cəzaya məruz qalıb.


Sportarena.az xəbər verir ki, hücumçunun cəzalanmasına Premyer Liqanın “Stok Siti”yə qarşı son oyununda (2:2) ona göstərilən qırmızı vərəqəyə etiraz etməsi səbəb olub. Cəzaya əsasən, Vardi “tülkülər”in qarşıdakı 3 oyununu kənardan izləməli olacaq. Belə ki, Ceymi “Lester”in “Everton”, “Vest Hem” və “Midlsbro”ya qarşı oyunlarında forma geyinməyəcək.


Digər xəbərlər

Xəbər xətti